Kriminal

Azərbaycanda 3 uşaq atası gənc qızı qaçırıb öldürdü

14-04-2017, 17:49
Yardımlı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.

23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]