Kriminal

Bakıda dəhşətli intihar : Yazar özünü 17-ci mərtəbədən atdı

16-03-2017, 10:42

Xeberman.com xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib.

1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]