Kriminal

Xırdalanda 5 qızın meyiti tapıldı - FACİƏ/ YENİLƏNİB

15-03-2017, 17:26
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.

Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.

13:01
***

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ölən tələbələr Xırdalan şəhərində yerləşən Humanitar Kollecdə oxuyurmuş. Onların cəsədləri hazırda morqa gətirilir. Ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]