Kriminal

Bakı-Sumqayıt yolunda faciəvi yol qəzası -5 tələbə ölüb, 21 nəfər xəsarət alıb (VİDEO)

9-03-2017, 12:25
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

***

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.

***

Bakı-Sumqayıt yolunda baş verən qəzada dörd tələbə ölüb. Daha 10 nəfər isə xəsarət alıb.

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

Trendin xəbərinə görə, avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.

Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.






Administratorla əlaqə

077 611-55-22

[email protected]