Kriminal

Bakı metrosunda qadına qarşı cinayət

26-02-2017, 22:20
Bakı metropolitenində cinayət hadisəsi baş verib.

Xeberman.com xəbər verir ki, metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini Ülkər Rzayevanın içərisində 850 manat olan pul kisəsi çantasından oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vaqif Qasımov Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]