Kriminal

Gəncədə yol qəsanda iki nəfər xəsarət alıb

21-02-2017, 00:41
Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb. Hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda, hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (“Report”)

Administratorla əlaqə

077 611-55-22

[email protected]