Kriminal

Azərbaycanlı müğənni qəzaya düşdü - Prodüseri öldü

29-12-2015, 11:53

Zəncirvari qəza zamanı "Lexus”, "BMW” və yük avtomobili toqquşub.

Məşhur "Brodyaqa” mahnısını ifaçısı kimi tanınan müğənni Elbrus Canmirzəyev Krasnodarsk vilayətində qəzaya düşüb.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən baş verən qəzada müğənninin prodüseri Kamran Əmirov ölüb.

Zəncirvari qəza zamanı "Lexus”, "BMW” və yük avtomobili toqquşub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Canmirzəyev avtomobilini saatda 100 km-dən yüksək sürətlə idarə edib.

Müğənninin özü kiçik zədə və qapalı kəllə-beyin travması alıb. Hazırda xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Elbrus Canmirzəyev əslən Azərbaycanlıdır. O, 1991-ci ildə Qaxda anadan olub, Rusiyada müğənni kimi fəaliyyət göstərir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]