Kriminal

Yolu süpürən qadını maşın vurdu - Sürücü hadisə yerindən qaçdı

17-02-2017, 01:55
Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub.

"Report"un Qərb bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]