Kriminal

Bakıda əkiz qardaşlar bıçaqlandı

26-12-2015, 21:04
Bakıda iki qardaş bıçaqlanıb. Musavat.com-un məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində baş verib.

1991-ci il təvəllüdlü əkiz qardaşlar - Əhmədov Ruslan Ağasüvar oğlu və Əhmədov Nurlan Ağasüvar oğlu Lökbatan qəsəbəsində bıçaqlanıb.

Hər iki qardaş ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki qardaş döş qəfəsindən bıçaqlanıb. Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə məlumat verilib. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Bıçaqlanan qardaşların atası Əlisüvar Əhmədov Musavat.com-a bildirib ki, oğullarını kimin və hansı səbəbdən bıçaqladığından məlumatsızdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]