Kriminal

Sabunçuda narkotik alverçiləri həbs edildi – ƏMƏLİYYAT

30-01-2017, 22:32
Bakının Sabunçu rayounda narkotiklərlə bağlı əməliyyat keçirilib. Xeberman.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Elşən Məsimov həbs edilib. Ondan 1,061 qram heroin götürülüb.

Elşən Məsimova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Aslan Cəfərovun da həbs edilməsi mümkün olub.

Keçirilən əməliyyat zamanı Aslan Cəfərovdan 1,017 qram, yaşadığı evə baxış zamanı 1 kiloqram 515 qram heroin aşkar edilərək götürülüb.

Elşən Məsumov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]