Kriminal

“Məndən icazəsiz qardaşı ilə dənizə getmişdi” - BiNƏQƏDİDƏ QƏTL

26-01-2017, 23:30
Sevgilisi qardaşı ilə dənizə getdiyi üçün qətl törədən Gədəbəy sakini Fidani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberman.com xəbər verir ki, qətl hadisəsi ötən il avqustun 21-də Binəqədi qəsəbəsində baş verib. Fidani İsmayılov qəsəbədə yaşayan sevgilisi Əfsanə Məmmədovanı və onun qardaşı, 15 yaşlı Anar Məmmədovu bıçaqlayıb.
Daha sonra Fidani İsmayılov hadisə yerini tərk edib.
Anar Məmmədov hadisə yerində ölüb, Əfsanə Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fidani İsmayılov tutulub.
Fidani İsmayılov ifadəsində bildirib ki, Əfsanə Məmmədova ilə sevgili olublar. Onun sözlərinə görə, hadisə baş verən gün sevgilisi ilə arasında qısqanclıq zəminində mübahisə baş verib.
O, qeyd edib ki, mübahisəyə səbəb Əfsanə Məmmədovanın öz qardaşı Anar Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Onun sözlərinə görə, hadisədən 4 ay əvvəl Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub.
Əfsanənin evinə gəldiyini deyən Fidani İsmayılov bildirib ki, qapının bağlı olduğunu görüb və bu səbəbdən əsəbiləşib. Buna görə də bıçağa əl atıb: “Mənə demədən dənizə getmişdilər. Mən də gəldim qolundan bıçaqla vurdum. Yox qısqanmamışdım, sadəcə əsəbiləşdim”.
Qətli törədən Fidani İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.
Fidani İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Fidani İsmayılov 20 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]