Kriminal

Şəmkirdə qadınlar arasında dava olub

22-01-2017, 17:35
Xeberman.com xəbər verir ki, rayonun Seyfəli kənd sakini 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]