Kriminal

“Məni Hacıbala Abutalıbov saxlayır” deyən Elviranı və bara qaçan arvadını qana boyadı

10-01-2017, 02:47
“Məni Hacıbala Abutalıbov saxlayır” deyən Elviranı və bara qaçan arvadını qana boyadı   Bakıda sevdiyi qadını qanına qəltan edən şəxs məhkəmədə şok açıqlamalar verib O, iki uşağının anası olan arvadının rəfiqəsi tərəfindən yoldan çıxarıldığını, barlarda, kafelərdə işləməyə başladığını deyib.   Nə olursa olsun sevdiyi qadını bağışlamağa hazır olduğunu deyən 36 yaşlı Zahid Əliyev 8 illik həyat yoldaşından sonuncu dəfə rədd cavabı alanda intiqamı ağır olub. O, sevdiyi qadına və onun rəfiqəsinə çoxsaylı bıçaq zərbələri endirib. Bu dəhşətli hadisə 8 yaşlı uşaqlarının gözü qarşısında baş verib.   Bakı Ağır Cinayətlər Məhkəməsində Əliyev Zahid Zaur oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.    Prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Zahid Əliyevin arvadı Əfsanə Rəsulova ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Ancaq Z.Əliyev onun bu istəyinə qarşı çıxıb. Ə.Rəsulova ərinə onunla yaşamaq istəmədiyini, həyatında başqasının olduğunu deyib və evi tərk edib. Bu zaman oğlanlarını da özü ilə aparıb.    İttihamda qeyd edilir ki, Zahid Əliyev arvadını evə qayıtmağa razı salmaq üçün onun rəfiqəsi Elvira Əlizadənin evinə gedib. Zahid 8 illik arvadına evə qayıtmağı təklif etsə də "yox” cavabı alıb. Bu zaman mətbəxdən götürdüyü bıçaqla əvvəlcə Əfsanə Rəsulovaya, daha sonra Elvira Əlizadəyə bıçaq zərbələri endirib. Oğlu Yisifi də götürərək evdən qaçıb. Məhkəmə prosesində Zahid Əliyev sərbəst ifadə verib. O, özünü qismən təqsirli bilərək deyib ki, arvadını öldürmək niyyəti olmayıb. Sadəcə olaraq onu qorxutmaq istəyib.   "Öldür məni, sonra gec olacaq”   O, ifadəsinin əvvəlində işin düzgün araşdırılımasını məhkəməyə sədrlik edən Samir Əliyevdən xahiş edib: "Mən Azərbaycan kişisi kimi, vətəndaş kimi xahiş edirəm. Bu işi düzgün araşdırın. Özümü qismən təqsirli bilirəm. Nə mənə, nə də Əfsanəyə inanın. Telefon danışıqları, yazışmalar var. Onlar çıxarılsın. İşə ədalətli şəkildə baxılsın”.   Zahid Əliyev həyat yoldaşını çox sevdiyini, indi də onun üçün hər şeyi edə biləcəyini söyləyib: "Əfsanə salonda işləyirdi. Bizim 2 uşağımız var. O, bilir ki, mən onu necə istəmişəm. Mən onu qısqsnmışam, amma çox sevdiyimdəm. Özü mənə deyirdi ki, "öldür məni, sonra gec olacaq”. Deyirdi ki, "çox qısqanırsan. Gün verib işıq vermirsən”. Mən ona yalvarırdım ki, doğru yola gəlsin, ailəmizi dağıtmasın. Düzdür, yoldaşım azad yaşamağı sevirdi. Amma mən qəbul etmirdim”.   "Tanımadığım adamlar balkonumuza baxırdı”   O, məhkəmədə etiraf edib ki, arvadının başqa kişilərlə danışmasına görə münasibətləri korlanıb: "Bir gün Əfsanəyə zəng edəndə başqa bir oğlan telefonu açdı. Dəli olurdum. Artıq bezmişdim. Qonşular mənə deyirdi ki, yaxşı kişisən arvadını evdən buraxma. Tanımadığım adamlar balkonumuza baxırdı. Bizim balkondan başqa balkon yox idi? Yolda Əfasnə ilə gedəndə başqa kişilər baxırdı. Dəli olurdum axı. Deyirdim ki, Əfsanə, bu nə hərəkətdir? Sən baxmazsan, baxmazlar axı. Blokun ağzını güdməkdən bezmişdim. Sonra evdən çıxıb getdi. Onu axtarmadığım yer qalmadı. Əfsanənin gəzmədiyi yer qalmamışdı. Onu axtarmadığım yer yox idi. Getmədiyim baxıcı qalmadı ki, bu Əfsanə haradadır. Uşaqlar da məndən soruşurdu ki, anamız haradadır? Əfsanə uşaqlarla danışanda deyirdi ki, bir də gəlməyəcəm”.    Zahid Əliyev narkoman və dəli olması ilə bağlı deyilənlərin doğru olmadığını söyləyib: "Deyirlər ki, dəlisən. Maştğaya getdim. Xəstəxanadan sənədim var. Dedilər narkomansan. Mən heç siqaret çəkmirəm. Gəlsinlər qanımı yoxlasınlar”.   Evi tərk edən arvadını tapa bilməyən Zahid Əliyev bir müddət insanlardan qaçdığını, dağlarda yaşadığını deyib. O, bunun səbəbini insanların içinə çıxmağa utanması ilə izah edib.   "Ölsə də gedib qəbrinin üstünə gül qoyacam”   İki oğlunun olduğunu deyən Zahid Əliyev nə olursa olsun sevdiyi qadına qovuşacağına inadığını söyləyib: "O, mənim oğlanlarımın anasıdır. O, ölsə də gedib onun qəbrinin üstünə gül qoyacam. İndi də məni ondan heç kim ayıra bilməz. Çıxandan sonra övladlarıma da, ona da qovuşacam. Dünya-aləm gələ məni ondan ayıra bilməz. İstəyirəm ki, ədalətli hökm verəsiniz. Nə qədər yatıb çıxsam da qisasımı alacam. Siz də Azərbaycanlı kişisisiniz. Ədalətli hökm  olmayacaqsa, mənə ömürlük verin. Verməsəniz, mən özümü öldürəcəm. Onsuz da Əfsanəsiz yaşamaq mənə ölümdür”.    8 illik həyat yoldaşının evdən ayrılmasının, ona xəyanət etməsinin günahkarı kimi ancaq Elvira Əlizadəni göstərən Z.Əliyev qisasını alacağını bildirib.   İfadəsinin davamında Zahid Əliyev deyib ki, arvadını uzun müddət tapa bilmədiyi üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.   "Məni Hacıbala Abutalıbov saxlayır”   O, deyib ki, idarəyə müraciət edərək arvadı və onun rəfiqəsi Elvira Əlizadə barədə məlumat öyrənmək istəyib: "Orada mənə dedilər ki, Elvira "roza” kimi qeydiyyatdadır. Bu işin dalınca getdim. Bilirdim ki, Elviranın yanındadır. Elvira başqalarına deyib ki, onu Əli adında bir oğlan saxlayır. Əlinin qardaşı Orxan da Əfsanəni. Onu yoldan çıxaran Elviradır. Əfsanə Elviranın yanına gedəndən dəyişdi. Elvira ilə telefonda danışdım. Ona dedim ki, arvadımdan əl çəksin. Ailəmizi dağıtmasın. Mənə hədəq-qorxu gəldi. Telefonda mənə deyirdi ki, "məni Hacıbala Abutalıbov saxlayır. Sən mənə heç nə edə bilməzsən. Sənin başına oyun açacam”. Bütün bu deyilənlər telefon danışıqları araşdırılarsa, ortaya çıxar.   Mən bilirdim ki, arvadım belə iş görməz. Əfsanə mənə telefonda demişdi ki, Elvira ona başqa kişi ilə münasibət qurmağı təklif etdiyi üçün dalaşaraq onun evindən çıxıb. Sonra bir də Elviraya zəng elədim ki, Əfsanə ilə danışım. Onu evə qayıtmağa razı salım. Telefonu Əli adına oğlan açdı. Onunla danışdım, yalvardım ki, oğlumu, arvadımı buraxsınlar, ailəmiz dağılmasın. Əli mənə dedi ki, "Əfsanə ilə danışaram. O, mənim sözümdən çıxmaz”. Bu söz mənə dəhşət təsir elədi ki, necə olur ə, arvad mənim, zaksımız var. Amma o , Əlinin sözü ilə oturub-durur? Ünvanı soruşdum, dedim gəlirəm ora. Taksiyə minib getdim”.   "Qapını döydüm, Elvira lüt…”   Elvira Əlizadənin yaşadığı mənzilə gedən Zahid Əliyev orada bir müddət arvadının gəlməsini gözləyib. Bu zaman üzrəində olan bıçağı da çıxararaq stolun üstünə qoyub: "Qapını döydüm, Elvira lüt, küçə qadını kimi qapını açdı. Əli adında da bir "paçan” oturub otaqda. Ağzında siqaret, əynində şortik. Başlayıb məndən danışır ki, "qaqaş, bilirsən necədir?”. Belə artist-artist söhbət edir. Adam iyrənirdi. Bir az danışdıq, dedim ki, söhbəti bitirək, mən ailəmi götürüb gedim. Bıçağı da çxıarıb stolun üstünə qoydum. Bir az keçdi Əfsanə evə gəldi. Oğlum Yusif də yanında idi. Mən öz ailəmi doğma qardaşıma qısqanan adam olmuşam. Bunu Əfsanə də yaxşı bilir. İçəri girəndə Əli ilə salamlaşıb, öpüşdü. Əlinin siqaretindən də birin yandırdı. Məni görüb dedi ki, "bunu kim çağırıb?. Dəli oldum, mən artıq Əfsanə üçün "bu” idim. Dedim, Əfsanə, bu nə danışıqdır, bu nə geyimdir. Cırılırdım onun bu hərəkətlərindən.    Telefonunu əlindən aldım. Mesajları oxuyanda telefonu əlimdən alıb, tualetə qaçdı. İçəri girib telefondan nömrələri sildi. Elvira Əfsanəyə dedi ki, düzünü de, çıxıb getsin. Əfsanə tualetdən çıxanda dedim ki, gəl səninlə danışaq. Başqa bir otağa girəndə dedim ki, gəl çıxıb gedək. Əfsanə məndən boşanmaq istəyirdi. Amma mən məhkəmənin vaxtını 3 ay uzada bildim. Dedi ki, sənin acığına istədiyim adamla istədiyimi edəcəm. Otaqda onun qarşısında diz çökdüm. Dedim ki, əl çək bu yoldan, gedək evmizə. Mən səni qəbul edirəm dedim. Dedim mənə düzünü de. Sən ol Allahın bəndəsi, mən olum Allahın qulu. Mənə dedi ki, Orxanı sevir. Orxan buna deyib ki, keçmişi onu maraqlandırmır. Soruşdum ki, bəs bu münasibət Orxanla harda yarandı? Dedi elə burda. Bu sözlərdən sonra Əfsanəyə dedim ki, sənə iki dəqiqə vaxt verirəm. Qayıdaq evimizə. Dedi qayıtmasam nə edəcəksən?   Mən onu öldürmək istəməmişəm. Özü də bilir ki, mən onu necə çox istəyirəm. Özümü öldürərəm, amma onu yox. Elvira indi Bakıdadır. Gəlsin danışsın. Necə olubsa, desin. Gedib o biri otaqdan bıçağı götürüb, gəldim. Öldürmək niyyəti ilə yox, qorxutmağa gəlirdim. Mən ona heç vaxt əl qaldırmamışam. Özü də bilir. Mən onu qorxutmaq istəyəndə Əli deyə qışqırdı. Əli arxadan gəlib boynumdan tutdu. Elvira da əlimdən tutub dartırdı. Bilmirdim ki, artıq Əfsanəni vurmuşam. Bir də gördüm ki, Əfsanənin köynəyi qan oldu. Bütün bədənim boşaldı. Allah ona lənət eləsin, bilir ki, onu necə çox sevirəm. Mən bıçağı özüm dartırdım. Elviraya bıçağın necə dəydiyini bilmirəm.   Mənim sevdiyim qadını küçə qadını, bar qadını edən Elviradır. Əfsanənin anası da mənə demişdi ki, qanını sənə halal edirəm. Çıxanda zəng edib anasına dedim ki, Əfsanəni vurdum”.   Məhkəmə prosesində zərərçəkmiş kimi tanınan Əfsanə Rəsulova da iştirak edib. Prosesdə zərərçəkmiş kimi ifadə verən Ə.Rəsulova ərindən boşanmaq istəməsinin səbəbi kimi dəfələrlə döyülməsini göstərib.   "Dedim burdən qan iyi gəlir”    "Qohumumun evində yaşayırdım. Zahid tez-tez həmin evə gəlib, bizi narahat edirid. Sonra Elvira ilə danışdım. Dedim ki, Zaur gəlib, qorxuram. Dedi ki, "gəl mənim yaınmda qal”. Boşanmağımıza bir ay qalmışdı. Uşaqlar da mənim yanımda qalacaqdı. Elvira da Əli ilə yaşayırdı. Sonra mən Elviranın yanından köçüb kirayədə yaşamağa başladım.  Həmin gün də Elviragilə uşağın paltarını götürməyə gəlmişdim. Gedəndə gördüm ki, Zahid də oradadır. Gözləri qırmızı idi. Qorxdum. Dedim burdən qan iyi gəlir bunu bura kim çağırıb?.   Dedi "qayıt evə”. Dedim yox. mətbəxdə idi. Ordan çıxıb əlində bıçaq o biri otağa girənə qədər arxamca vura-vura gəldi. Bütün bu olanları Yusif də görürdü. Mən yıxalandan sonra ayağıma da bıçaqla vurdu. Elvira əlinin içi kəsilə-kəsilə bıçağı əlindən aldı. Əvvəl də dəfələrlə məni döyüb. Xəstəxanada olanda da mənə hücum etdi. Zahid məni öldürmək istəyirdi”. Ə.Rəsulovanın bu dediklərin etiraz edən Z.Əliyev deyib ki, əgər onu öldürmək istəsəydi sərçə kimi boğazını üzərdi: "Bilirsən ki, səni çox sevirəm. Amma yadında saxla, gec də olsa burdan çıxacam. Əlidən, Orxandan bunun qisasını alacam. Başqasının arvadını yoldan çıxarmağın nə olduğunu onlara göstərəcəm”.   Məhkəmənin növbəti iclasında digər şahidlər və zərərçəkmiş Elvira Əlizadə ifadə verəcək.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]