Kriminal

Azərbaycanda klub prezidenti həbs olundu

9-01-2017, 14:28
Azərbaycanda klub prezidenti həbs olundu
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor”un prezidenti Sərdar Bağırov saxlanılıb.

"Futbol+” qəzeti xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]