Kriminal

Bakıda yanğın zamanı nəzarətçi ölüb

4-01-2017, 15:06
Bakıda yanğın zamanı nəzarətçi ölüb

Bakıda yeni inşa edilən binanın nəzarətçi otağında baş verən yanğın zamanı yanıq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Xeberman.com-uReport-a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, yeni inşa edilən binalardan birinin nəzarətçi otağında yanğın baş verib. Nəticədə otağın bir hissəsi tamamilə yanıb.

Hadisə zamanı orada nəzarətçi işləyən 1970-ci il təvəllüdlü İmanov Azər Mirzə oğlu yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq A.İmanovun həyatını xilas etmək mümkün olmayıb. 

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]