Kriminal

“Facebook”da tanış olduğu qıza görə damarlarını doğradı

1-01-2017, 23:12

“Facebook”da tanış olduğu qıza görə damarlarını doğradıBakının Səbail rayonunda 23 yaşlı oğlan intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. 


Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ümid Kərimov intihar etmək məqsədilə şüşə parçası ilə damarlarını doğrayıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

 

Məlumata görə, Ümid Kərimov hadisədən əvvəl "Facebook”da tanış olduğu qızla telefonda mübahisə edib. O, tanış olduğu qızı görüşə çağırıb, amma qız görüş yerinə gəlməyib. 


Buna əsəsbləşən Ümid Kərimov intihar etmək üçün damarlarını doğrayıb. 


Faktla bağlı araşdırma aparılır. 


Administratorla əlaqə

077 611-55-22

[email protected]