Kriminal

Bakıda səfirlik əməkdaşı qarət edildi – 9645 manat…

1-01-2017, 22:29

Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib.

Xeberman.com xəbər verir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.

Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.

Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]