Kriminal

Bakıda rəis bıçaqlandı - rəsmi

4-12-2016, 21:24
Bakıda rəis bıçaqlandı - rəsmi
Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.
 
Xeberman.com xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. 

Hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. 

Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib. 
 
Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Mia.az onu da bildirir ki, Əyyub İsmayılovAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun əmisi oğludur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]