İslam

GÜNAH QORXUSU

11-09-2016, 02:23
Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər.
Adi insanlar, adətən, günahlarına görə qorxurlar. Təbii ki, hər bir günah xoşagəlməz sonluqla nəticələnə bilər. Əgər insan günahlarından qorxmaqla Allaha yaxınlaşa bilirsə, bu müsbət bir haldır. Təəssüf ki, mərifət və imanı zəif insan nə qədər günah etsə də narahat olmur. Qurani-kərimdə yüzlərlə ayə cəhənnəm əzabından danışır. Göstərilir ki, bu əzabın çox böyük və dözülməz olması qeyd olunur. Oxuduğumuz bu ayələr bizə təsir edirmi? Bir şəxs bu ayələri gözəl səslə oxuduğu zaman deyilən sözlərdən xoflanmaq əvəzinə, səsin gözəlliyindən ləzzət alırıq. Hansı ki, cəhənnəm ayələrini eşidən insan divanəlik həddinə çatmalıdır.
Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi nemətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?
Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. "Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq: "Həqiqətən şeytan insanın açıq–aşkar düşmənidir”. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?! Halbuki, Allah insanı xəlq etmiş, onu bolluca nemətlərlə faydalandırmış və onun aqibətini də Özü təyin edəcəkdir. Allahı özünə bir dost saymayan insanı imanlı hesab etmək olarmı?!
Hər bir günah şeytana itaətdir. Allah insanı bəlalardan qurtarmaq üçün ona yol göstərir. İnsan isə Allahın məhəbbətini rədd edib, onun düşməni qarşısında əyilir. Necə də çirkin hərəkət! Əslində bircə dəfə günah edən insan Allahın mərhəmətindən məhrum edilməlidir. Allahın haqqı var ki, bir dəfə naməhrəmə baxan gözü kor etsin. Çünki bu göz günah yox, savab üçün xəlq edilmişdir.

İmam Səccad (ə) belə dua edir: "Pərvərdigara əgər kirpiklərim tökülənədək ağlasam da, xəcalətdən daim başıaşağı qalsam da bir günahı belə yuya bilmərəm”. ("Səhifeyi–səccadiyyə”, 16-cı dua.) Məsum İmam (ə) belə narahat olduğu halda, biz günahkarlar rahatca oturmuşuq.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]