İslam

Ayətullah Məkarim Şirazi: Bu günkü dünyanın böyük bəlası, hətta BMT-yə belə nüfuz etmiş korrupsiyadır.

28-08-2016, 02:25
Əfsuslar olsun, bu gün sərvət dünyaya hakimdir. Ərəbistan mövcud sərvəti sayəsində BMT-ni belə neft dollarları ilə təhdid edir.

Xeberman.com saytının verdiy məlumata görə, Ayətullah Məkarim Şirazi bir qrup Məşhəd, Tehran və Urmiya tələbəsi ilə görüşündə onlara təhsil və təbliğatlarında müvəffəqiyyət diləməklə yanaşı buyurdu: Peyğəmbərin (s) möcüzələrindən biri elm, alim və elm adamını himayə məsələsidir. O həzrət elə bir vaxtda ortaya çıxdı ki, cəhalət dövrü idi və nadanlıq hər yeri bürümüşdü.
O, sözünə əlavə etdi: Buna rəğmən, Peyğəmbər (s) və səmavi kitabı Qurani-kərim o qədər elmdən soz açmışdır ki, öz təbii məcrasından xaricdir. Başqa sözlə, elmin bu qədər dəstəklənməsi həmin cahil cəmiyyətin məhsulu ola bilməz.
Ayətullah Məkarim Şirazi elmə təkid edən qaynağa işarə etdi və buyurdu: Elmi dəstəyin kökü həzrət Adəmə (ə) qayıdır. Allah-taala həzrət Adəmi (ə) isimlərlə alim edir. Alim olduğuna görə mələklərinə əmr edir ki, ona səcdə etsinlər. Adəmin iftixarı (mələklərin səcdəgahına çevrilməyi) elmli olmasından ötrüydü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]