İslam

Ateizmin 43 saniyəyə çöküşü

14-05-2016, 18:50

Həmin yaradan elə varlıq olmalıdır ki, həmişə olsun və heç kəs tərəfindən yaradılmasın

 

Bildiyimiz kimi son dərəcə dəqiq və lətif şəkildə müvcud olan varlıq aləmində nə varsa hamısı sonradan yaranıb. Və təbii ki, hər bir yaranışın yaradanı mövcuddur. Həmin yaradan isə elə varlıq olmalıdır ki, həmişə olsun və heç kəs tərəfindən yaradılmasın. Bəzilərimiz həmin bu yaradanı Allah, bəzilərimiz God, Boq, Yəzdan və s. adlandırır. Yaradana kimin necə adlandırması səthi mənada elə də fərq etməz, təki həmin bu inanac düzgün qəbul edilsin. Lakin bəzi insanlar mövcudur ki, varlıq aləminin əsassız iddialarla yaradansız, öz-özünə yarandığına inanırlar. Onların fikrincə varlıq aləmi - gördüyümüz əşya və təbiət aləmi -heç bir yaradan olmadan təsadüfən yaranıb.  Bu videoda həmin bu yanlış anlayışın, yəni təsadüfi yaranmanın kiçik modeli təcəssüm edilib. Nəticə isə göz qabağındadır. Belə bir şey mümkünsüzdür - təbii ki, normal insan ağlı belə hesab edir.



Ateizmin 43 saniyəyə çöküşü

Administratorla əlaqə

077 611-55-22

[email protected]