İslam

Mürtəza Mütəhhəri: "Şlyapa geyinmək haram deyil, müftəxorluq və tüfeyli həyat sürmək haramdır.

18-04-2016, 12:40

"Ağa, ayaq üstə yemək yeməyə şəriətdə necə baxılır?! Bəs çəngəl-bıçaqla yeməyə necə?! Şlyapa qoymaq haramdır?! Xarici dildə danışmaq necə, haramdır?!"

Mənə və mənim kimilərə bəzən istehzalı və təhqiramiz bir tonla bu tip suallar verilir. Cavabında biz deyirik: "İslam dini bu barədə xüsusi göstərişlər verməyib. İslam "yeməyi əlinizlə yeyin", yaxud "qaşıqla yeyin" deməyib. İslam deyir: "Hər bir halda təmizliyə və gigiyenaya riayət edin". Ayaqqabı, papaq, libasla bağlı İslam xüsusi bir dəb və tərz müəyyənləşdirməyib. İslam baxımından ingilis, yapon və fars dilləri eynidir, amma..." Amma İslam başqa bir şey deyir; deyir ki, şəxsiyyətini itirmək haramdır, kiminsə qorxusundan onun qarşısında alçalmaq haramdır, kor-koranə təqlidçilik etmək haramdır, başqalarının sırasına qarışıb öz mahiyyətini, öz dəyərlərini itirmək, məhv olub aradan getmək haramdır, tüfeyli həyat sürmək haramdır, ilanı görüb ovsunlanan dovşan kimi xaricilərin qarşısında ovsunlanmaq haramdır, yadellilərin "ölü eşşəyini qatır bilmək" haramdır, "müasir dövrün gerilikləri" adı ilə əslində onları bədbəxtliyə sürükləyən azğınlıqlar üçün ağzının suyunu axıtmaq haramdır, cismən, ruhən, zahirən və mənən avropalaşmaq məcburiyyətində olduğuna inanmaq haramdır, 3 gün bir günorta Parisdə yaşayandan sonra "r" səsini "ğ" kimi tələffüz etmək, "gedirəm" əvəzinə "gediğəm" demək haramdır."

Şəhid Mürtəza Mütəhhəri.

Mürtəza Mütəhhəri: "Şlyapa geyinmək haram deyil, müftəxorluq və tüfeyli həyat sürmək haramdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]