İslam

Azərbaycanlı Ayətullah Seyyid Əli Salyani

3-03-2016, 00:01

Həzrət Ayətullah Seyid Əli Salyani, Qafqaz məntəqəsinin görkəmli alimlərindən, ali məqamlı ruhanilərindən biridir. O, 1870- ci ildə (1287 h.q.) Salyan şəhərində dünyaya göz açmışdır. Mədrəsə dərslərini öz doğma vətənində öyrəndi. Sonra cavan yaşlarında indiki Masallı şəhərinə getdi. Hövzənin müqəddimə bəhslərini oradakı ruhanilərdən dərs aldı. Lənkəran elmi-dini hövzəsinə yola düşdü. Üsul-fiqhin ali səthli dərəcələrini bu məntəqədəki alimlərin hüzurundan bəhrələndi. 1898-ci ildə Nəcəfi-əşrəfə getdi. Orada Həzrət Ayətullahül-üzma Məhəmməd Fazil Şərəbyani, Ayətullah əl-uzma Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi və Ayətullah əl-uzma Axund Molla Məhəmməd Kazım Xorasanidən dərs aldı. Bununla da, ali elmi-mənəvi məqamlara yüksəldi.

Seyid 1923-cü ildə öz doğma torpağına qayıtdı. Orada moizə, təbliğ, dini maarifləndirmə və şəri əhkamların bəyanı ilə məşğul olmağa başladı. O, əxlaqi fəzilət və üstünlüklərdə, gözəl davranışında, Allah qorxusunda, dünya naz-nemətlərinə əhəmiyyət verməməkdə, mənəvi saflıqda məşhur idi. Məntəqə əhalisi ona hörmət və ehtiram edirdilər. Kommunist rejiminin hakim olmasından sonra o da, başqa alim və ruhanilər kimi bu ateist rejiminin təqib, təhdid və əzab-əziyyətlərinə məruz qaldı. 1930-cu illərdən sonra Stalin və ateist rejimin rəhbərləri ruhanilər və möminlərə qarşı amansız mübarizəyə qalxdı. Çoxsaylı alim və ruhanilər sürgün olundu və yaxud zindana salındı. Bəzilərini də, şəhid etdilər. Bu dəyərli alim də, ölümlə təhdid edildi. Çarəsiz qalaraq təkbaşına Təbrizə köçdü. O ümid edirdi ki, həyat yoldaşı və övladları da onun yanına gələ biləcəkdir. Amma ailəsi və övladları onun yanına gede bilmədi. Ömrünün sonunadək, ailəsi və övladlarından ayrı, onların həsrəti ilə yanıb-tutuşdu.
Onun xalq arasında xas elimi və mənəvi etibarı olduğu üçün, Təbrizin mühüm məscidlərindən birində, (ki, Cümə məscidi olduğu guman edilir) camaat namazına imamlıq etdi. Orada öz dini və ruhani vəzifələrini icra edirdi.
Sonda, bu görkəmli alim, 1951-ci ildə (1370 h.q.) fani dünyadan köçərək, Haqqın dərgahına ucaldı. Müqəddəs ruhu nur içində yatsın!

Xeberman.com saytı olaraq Azərbaycanımızın dəyərli ruhani və alimlərini sizlərə tanıtdırmağa davam edəcəyik. Azərbaycanlı Ayətullah Seyyid Əli Salyani

Administratorla əlaqə

077 611-55-22

[email protected]