İslam

“Əyyami Fatimə” başladı

21-02-2016, 00:56
“Əyyami Fatimə” başladı.Bu il Əyyami-Fatimiyyə fevralın 21-i gecədən başlayaraq Martın 13-ə qədər davam edəcək. Bu günlərə "Əyyami Fatimə” deyilməsinin səbəbi o xanımın şəhadət tarixinin dəqiq bilinməməsi ilə bağlıdır. Belə ki, bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri "Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandıraraq Xanım Zəhraya (s.ə) əza saxlayarlar. Bu günlərdə tövsiyə edilir ki, şadlıq, şənlik, toy, eyş-işrət məclisləri qurulmasın, Xanım Fatimənin (s.ə) ehtiramı saxlanılsın. Məzhəbindən asılı olmayaraq hər bir kəs bu günlərdə hüzn içərisində olur. Bu məsələ, həqiqət axtarışında olanlar üçün çox dəyərli bir xəzinədir. Hz Fatimənin şəhadəti kimi məzarı da bir çox insanların hidayət mənbəyinə çevrilib və çevrilməkdədir. Bəli,hər bir vicdanlı şəxs gərək tarixə bu sualları verə və təəssüfkeşlik etmədən haqqı tapa. "Hz Fatimə (s.ə) necə şəhadətə çatdı? Nə üçün Peyğəmbərin (s) əziz qızının məzar yeri bəlli deyil?” kimi zahiri sadə, amma əslində tarixi viran edəcək suallardır ki, bir çox insanların hidayətinə səbəb olub və Qiyamətə qədər də olacaqdır. Bu günlər münasibəti ilə bütün müsəlmanlara başda İmam Zaman (ə.f) olmaqla baş sağlığı ərz edirik. Allah bizi dünyada o xanımın mübarək qəbrinin ziyarətindən, axirətdə isə şəfaətindən binəsib eləməsin. Amin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]