İslam

Ziyarət şirkətindən hər zəvara görə 20-10 $ pul tələb edilir

3-01-2018, 22:52
Ziyarət şirkətindən hər zəvara görə 20-10 $ pul tələb edilirXeberman.com saytında Xarici ölkələrə məxsus da İran və İraq ərazisində yerləşən İmamların məzarlarına ziyarət təşkil edən şirkətlərin manopoliyalaşması ilə bağlı yazılar dərc etdikdən sonra artıq müstəqil ziyarət şirkətlərinin rəhbərləri sayıtın rəhbəri Polad Aslanova təşəkkürlərini bildirdi. Bu gün isə şirkət rəhbərlərindən biri Prezident İlham Əliyev cənablarına müraciyyət ünvanlayıb.Həmin müraciyyətin bir nüsxəsini də Xeberman.com saytına göndərib.Təhlükəsizlik baxımından həmin şirkətin rəhbərliyini adını yazmırıq.Müraciyyəti olduğu kimi siz oxuyuculara təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və adiyyatı üzrə digər dövlət qurumlarına, həmçinin Xeberman.com saytının rəhbərliyinə göndərdiyimiz müraciyyəti siz oxuyucularla bölüşürük.
Cənab Prezident Siz məmurların vəzifə səlahiyyətlərindən sui istifadə edərək sahibkarlara təziq edib qeyri-qanuni pul tələb etməsindən bir neçə gün bundan öncə danışmışdız.Qedy edim ki,mən də həmin sahibkarlardan biriyəm.Bir neçə aydır ki,ölkə mətbuatında serial olaraq ziyarət şirkətlərinin manopoliyasindan yazılar dərc olunur.Qeyd edimki,həmin yazılar tam mənada doğrudur,amma bir fakt qeyd olunmur.Həmin fakt isə bundan ibarətdir ki,bu manopoliyanın başında MTN-nin vaxtında vəzifədə olan hal-hazırda DTX-da fəaliyyət göstərən Vüqar adlı şəxs və o özünün rəhbəri kimi qələmə verdiyi Elnur adlı şəxs rəhbərlik edir.Onlar qeyri-qanuni tələb irəli sürür ki,hər zəvvara görə Məşəd- İmam Rzanın e məzarını ziyarətə gedənlərdən adam başına 10 dollar,Kərbəlaya-İmam Hüseyni e ziyarətə gedən hər bir zəvvara görə 20 dollar şirkətlərdən və qurup rəhbərlərindən Vüqar adlı şəxs pul tələb edir.055-555-56-75 və 050-555-56-75 bu nomrələrdən zəng edərək pul tələb edirlər.Pul vermədiyimiz təqdirdə isə gömrükdən buraxılmayacaq,bu faktı ictimailəşdirdiyimiz təqdirdə isə bizim həps olunacağımız və ya başka problemlərlə qarşılaşacağımızla bağlı hədələnirik.
Cənab Prezident sizin həm milli,həm mənəvi dəyərlərin təbliğinə göstərdiyiniz səyləri bizlər də dindar olaraq dəstəkləyirik.Getdiyimiz xarici ölkələrdə ölkəmizi fəxrlə təbliğ edirik,amma DTX-da fəaliyyət göstərən köhnə MTN kadrları 20-10 dollar müqabilində sizlərin fəaliyyətinə kölgə salır.Bu səbəbə görə xahiş edirəm bu qeyri-qanuni tələblərə son qoymaq üçün biz sahibkarlara kömək olasız.Sonda Cənab Prezident qeyd edirəm ki,əgər gələcəkdə mənə nə isə olsa MTN-nin DTX-da olan adamlarının edəcəyini qeyd edirəm.
Hörmətlə ziyarət şirkətinin rəhbəri.

Administratorla əlaqə

077 611-55-22

[email protected]