İslam

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

15-01-2017, 21:50
Qüsl necə alınır və onu pozan amillər hansılardır?Allah dərgahında qəbul olunan qüsl iki növdür:
Vacib qüsl. "Bismilləh" deyib ağız və burunu yaxalamaq, başa və bütün bədənə su çatdırmaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Xeberman.com zikr.az-a istinadən bildirir ki, kamil qüsl almaq üçün "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Muslim, 716).
Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir.
Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq yuxuda məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]