İqtisadiyyat

Banklar dollar yığımına və satış qadağasına başladı

12-11-2016, 22:07

Ekspertlər FES toplantısının qərarından asılı olmayaraq, vəziyyətin ciddiliyini vurğulayırlar...

 

Milli valyuta olan manat dollar qarşısında hər gün bir az da dəyər itirməkdədir. 

Mərkəzi Bankmanatın noyabrın 11-nə olan rəsmi məzənnəsini açıqlayıb və məlum olub ki, dollar bir gün əvvəllə müqayisədə 0,52 faiz möhkəmlənərək 1,6869 manata çatıb.Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33 faiz möhkəmlənərək 1,8397 manat olub.

Dolların məzənnəsi qalxdıqca isə banklar dollar satışından imtina edirlər. Bəzi banklar yalnız dollar yığmaqla məşğul olur. Açıq dollar satışı həyata keçirən banklar isə istənilən məbləğdə dollar satışı üçün şəxsiyyət vəsiqəsi tələb edir.Cebhe.info bir neçə bank filialında monitorinq keçirərək aşkar edib ki, dollar artıq banklarda limitlə satılır. Həmçinin bütün məbləğlər üçün şəxsiyyət vəsiqəsi təqdim etmək lazımdır. Hətta bəzi banklarda valyuta mübadilə tabloları söndürülüb.Bildirilir ki, banklar dollar yığımına yenidən start verib. 

İlin sonunda Mərkəzi Banka təqdim etməli olduqları hesabatlarda müsbət saldo göstərmək məcburiyyətində olan banklar bu cür sərt addımlara gedir. Bankların atdığı bu addımlar isə əhali arasında ajiotaja səbəb olur.Bankların dollar satış qiymətlərindənhəm də görünür ki, 4 faizli marjadan maksimum istifadə edirlər. Ümumiyyətlə, dollar satışı həyata keçirməyən banklar qiymətləri aşağı, dollar satışı həyata keçirən banklar isə maksimum marjafaizlərindən istifadə edərək yüksək göstərir. Bu, bankların maliyyə siyasətinin "qanunudur”.

Ekspertlər bildirirlər ki, dekabrda ABŞ-da FES toplantısının da manata indidən psixoloji təsirləri var. FES-in isə faiz dərəcələri ilə bağlı qərarının necə olacağı dəqiq deyil. "Saxo-Bank”ın baş iqtisadçısı StinYakobsenbildirib ki, DonaldTrampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir. Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80 faiz idi.S.Yakobsenqeyd edib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: "Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər”.
Onun sözlərinə görə, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: "İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər”.

Ekspert Samir Əliyev isə deyib ki, FES uçot dərəcələrini qaldırmasa da, manat bahalaşacaq. Onun sözlərinə görə, bu ilin sonunda dollar 1,80 manata qədər yüksələcək. "Dekabra qədər Amerika iqtisadiyyatında hansısa bir dəyişiklik ola bilər. Əgər inflyasiya arzuolunan səviyyəyə, azı 2 faizlik həddə yaxınlaşarsa, uçot dərəcələri qaldırılacaq. Makroiqtisadi vəziyyət pisləşərsə, uçot dərəcələrinin qaldırılması gələn ilə saxlanıla bilər. Dolların tendensiyası isə bahalaşma istiqamətində olacaq. FES faizi artırmasa da, Azərbaycanda dollar bahalaşacaq. Faiz dərəcəsi artırılsa, dolların bahalaşması sürətlənə bilər”.

Onun fikrincə, uçot dərəcələrinin qaldırılmasınınDonaldTrampın prezident seçilməsi ilə hər hansı bir əlaqəsi yoxdur: "FES uzun fasilədən sonra 2015-ci ilin dekabrında uçot dərəcələrini qaldırdı. 2016-ci ildə isə uçot dərəcəsinin dörd dəfə qaldırılması gözlənilirdi. Makroiqtisadi göstəricilər lazım olan həddə çatmadığından,bu plan hər dəfə təxirə salındı. Dekabrda dərəcənin artırılması ehtimalı yüksəkdir”.


Röya

Administratorla əlaqə

077 611-55-22

[email protected]