İqtisadiyyat

Manat əksər valyutalara qarşı bahalaşıb - RƏSMİ MƏZƏNNƏ

21-09-2016, 18:47
Manat əksər valyutalara qarşı bahalaşıb - RƏSMİ MƏZƏNNƏAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 20-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6331 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,63% zəifləyərək 1,8176 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,53% ucuzlaşaraq 0,5470 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1174 manatdır. Beləliklə, funt sterlinq 0,81%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,24% ucuzlaşaraq 0,7070 manat təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]