İqtisadiyyat

“Qara bazar”da dolların qiyməti sürətlə qalxır

31-08-2016, 16:44
“Qara bazar”da dolların qiyməti sürətlə qalxır

Banklardan dollar almaq çətinləşdikcə, "qara bazar”da qiymət sürətlə bahalaşır.

Xeberman.com Fins.Az-a istinadən xəbər verir ki, hazırda Bakıda "qara bazar”da bir dolların satış kursu 1,73-1,75 manat arasında dəyişir. 

Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq” edirlər. Gəncə şəhərində isə"qara bazarda 1 dollar 1,72-1,73  manata satılır. Əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]