İqtisadiyyat

“Fazil Məmmədovun sifarişi ilə girov saxlanılıram”

21-07-2016, 09:32

Şərlənərək həbs edilən vəkil Əliabbas Rüstəmovun apellyasiya şikayətinə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda Əliabbas Rüstəmov məhkəmə tərkibinə etiraz edib. O, bildirib ki, barəsindəki cinayət işi tamamilə qondarmadır və ona bəraətverici əsaslarla xitam verilməlidir: "Ortada heç bir cinayət yoxdur. Mən sadəcə, Fazil Məmmədovun maliyyə maxinasiyalarını ifşa etdiyimə görə onun sifariş ilə girov saxlanılıram”.

Hakim bildirib ki, etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Bu səbəbdən də məhkəmə prosesi iyulun 22-nə qədər təxirə salınıb.

Xatırdadaq ki, Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı CM-nin 312-ci (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. O, Beyləqan sakini olan, barəsində vergidən yayınmaya görə cinayət işi başlanmış vətəndaşdan cinayət təqibini dayandırmaq üçün rüşvət vermək məqsədilə 95 min manat pul almaqda təqsirləndirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]