İqtisadiyyat

Bank sektoru üçün iki mühüm qərar

3-07-2016, 22:02
Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank barədə önəmli qərar verdi 

Maliyyə Bazarlarına Nəzarət Palatası Bank Standartın aqibətinə aydınlıq gətirib. Bankın müştərilərinin səbirsizliklə gözlədiyi qərarı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı eksklüziv olaraq ANS-ə açıqlayıb. İndiyədək yalnız bankın kiçik əmanətçiləri pullarını ala bilirdisə, artıq istənilən məbləğdə vəsaiti olanlar problemsiz onu ala biləcək. Bir sözlə bank normal işinə qayıdır.

Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatası qanunsuz fəaliyyət göstərən bank bölməsi aşkar edib. Qurumdan verilən məlumata görə, həyata keçirilmiş monitorinqlər nəticəsində "Parabank”ın Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib. Palatanın Direktorlar Şurası "Parabank”in Sumqayıt filialına verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində "Parabank” tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.



Politika.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]