İqtisadiyyat

AZAL-dan növbəti biabırçılıq - Stüardessa ilə sərnişin dalaşdı

25-06-2016, 21:47

Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan «Azərbaycan Hava Yolları»yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır.

«Qafqazinfo» xəbər verir ki, bu dəfə AZAL əməkdaşı ilə sərnişinlərdən biri arasında dava düşüb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Cəbiyeva Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, dava təyyarədə uçuşa beş dəqiqə qalmış başlayıb: «AZAL-ın əməkdaşı ilə sərnişinin biri mübahisə etdi. Onlar yumruq davasına çıxdılar, bir-birlərini təyyarədən çöldə «razborka»ya çağırdılar. Bir saat keçdi, bu dəfə başqa bir stüardessa ilə digər sərnişin güləşin bütün fəndlərini nümayiş etdirdilər.

Təbii ki, söyüş və təhqirlər bonus olaraq... Uşaqlar ağladı, qadınlar qışqırdı. Bir sözlə, biabırçılıq! Və uçuşun sonunda o qızın səsi 3 saatlıq uçuşda baş verənlərin fonunda çox gözəl səslənirdi: «Bizimlə uçduğunuz üçün təşəkkürlər! Sizinlə bir daha görüşməyə şad olarıq!».

Administratorla əlaqə

077 611-55-22

[email protected]