İqtisadiyyat

''Altes Group''dan Vergilər Nazirliyinin xidmət rəisinə qarşı şok ittiham: ''Vergidən yayınır''

19-03-2016, 16:59
''Altes Group''dan Vergilər Nazirliyinin xidmət rəisinə qarşı şok ittiham: ''Vergidən yayınır''

Azərbaycanda sahibkarlara süni əngəllər yaradılması zaman-zaman mediada müzakirə mövzusu olub. Məsələ son dönəmlər ölkənin siyasi-ictimai həyatında da əhəmiyyətli yer tutub. Təsadüfi deyil ki, prezident İlham Əliyev sahibkarların müdafiəsi ilə bağlı dəfələrlə məsələ qaldırıb, məmurlar tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Şübhəsiz ki, baş verən qlobal maliyyə böhranı səbəbindən Azərbaycan sahibkarlarına edilən güzəştlər də hökumətin əsas prioritetləri sırasındadır. Lakin bu yöndə həyata keçirilən islahatlara rəğmən cəmiyyətdə tutduğu siyasi, ictimai mövqeyindən istifadə edərək sahibkarların fəaliyyətinə maneə yaradanlar hələ də qalmaqdadır.

Bir müddətdir ki, "Altes Group" şirkəti ətrafında cərəyan edən müəmmalı proseslər də bu qəbildəndir. Şirkətdən Criminal.az-a daxil olan məlumatda deyilir ki, uzun müddətdir Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətə qarşı sifarişli yazılar mediada və sosial şəbəkələrdə yayılmaqdadır. Məsələ burasındadır ki, özünü keçmiş pauerliftinq üzrə çempion kimi qələmə verən Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı Vüqar Namazov ''Altes Group" şirkətinin balansında olan binada icarəyə götürdüyü böyük idman zalının idarəçiliyi ilə bağlı ciddi qanun pozuntularına yol verir.

Uzun zamandır vergidən yayınan Vüqar Namazov son zamanlar aylıq icarə haqqını verməkdən belə boyun qaçırır. Ətrafına idmançıları toplayan şəxs sosial şəbəkələrdə və bəzi saytlarda "Altes Group" şirkətinə qarşı yazılar sifariş verir. Vüqar Namazov nazirlik işçisi olduğundan fürsətdən istifadə edərək "Altes Group"un nəznində olan binada yerləşən fitnes klubunu Vergilər Nazirliyində qeyydiyata salmayıb. Fitnes mərkəzində ödəniş kassasını yerləşdiməyən Namazov vergidən yayınaraq dövlət büdcəsinə ziyan vurur və bütün gəlirləri mənimsəyir. Bunun üçün isə idmançı maraqlı, eyni zamanda əskimiş metoddan yararlanır.

O, sosial şəbəkələrdə prezident İlham Əliyevlə təqdimetmə mərasimində çəkilən şəkilini paylaşaraq şirkətə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Prezidentlə şəxsi tanışlığını hər yerdə elan edən Vüqar Namazov son aylar işıq pulunu da ödəməkdən vaz keçib. İşıqları söndürülən klub sahibi binanın önündə ekoloji təhlükəsizlik normalarının qorumadan böyük generator yerləşdirib. Hansı ki, genrerator işləyən zaman ondan ayrılan qara qatı tüstü sayəsində ekologiyaya ciddi ziyan vurur. Tüstü bina sakinlərini də cana gətirib. Havaya pis qoxu buraxan və insan sağlalığına ziyanlı ooan generator dayanmadan gecə və gündüz işləməkdədir. Bundan əlavə generator insan həyatı üçün də ciddi təhkükəyə çevrilib.

Açıq şəkildə klubun önünə qoyulan generator heç nə ilə mühafizə olunmur. Yəni həmin ərazidən keçən istənilən şəxsin ani diqqətsizliyi kifayətdir ki, generatora toxunsun və sağlamlığı üçün ciddi təhlükələr yaratsın. V.Namazovun bu özbaşınalıqlarından təngə gələn bina sakinləri dəfələrlə aidiyyəti qurumlara çoxsaylı şikayət məktubları ünvanlayıblar. Şikayətlərdən sonra fitnes mərkəzi öz Facebook səhifəsində generatorun tüstülənməyən görüntülərini yayaraq hər kəsi aldatmaq istəyib. Ancaq bu cür hərəkətlərə baxmayaraq fitnes mərkəzində idman edən şəxslərdən biri onların yalanının üstünü açıb. Həmin şəxs fitnes mərkəzinin paylaşdığı videogörüntünün altında "bir az dürüst olun, generator arada lap çox tüstüləyir” şərhini əlavə edib.

Davamlı qanun pozan, ictimai asayişə ciddi təhdid olan Vüqar Namazovun hərəkətlərinin cəzasız qalmayacağı ümid edilir. İdmanda hansısa müvəffəqiyyət heç kimə qanun pozuntusu üçün imtiyaz vermir. Ələlxüsus həmin şəxs dövlət işçisidirsə. Belə insanlar davranışları ilə cəmiyyətə örnək olmalı, qanunun keşiyində dayanmalıdırlar. Lakin təssüflər olsun ki, V.Namazov kimi insanlar bunun tam əksini sərgiləyir. İndiki çətin dönəmdə sahibkarlıq fəaliyyətinə ciddi əngəllər yaratmaqla onlarla insanın sosial durumunu da zərbə altında qoyur.

Sonda onu qeyd edək ki, "Altes Group” şirkətlər qrupu 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Tikinti və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şirkət yalnız sonuncu iki il ərzində dövlət büdcəsinə 2 milyon 700 min manatdan artıq vəsait ödəyib. "Altes Group” bütün Azərbaycan ərazisində fəaliyyət göstərdiyi kimi onun hüdudlarından kənarda yaratdığı nümayəndəlikləri vasitəsi ilə Avropada, Mərkəzi Asiya və Yaxın Şərqdə də fəaliyyət göstərir. Geniş təcrübə və fəaliyyəti ilə qazandığı mövcud nüfuzu, habelə biznesdə innovativ yanaşmalar "Altes Group”a yüksək mürəkkəbliyi ilə fərqlənən layihələri həyata keçirməyə imkan verir.

"Altes Group”un əsas səhmdarları Azərbaycan vətəndaşı Fərid Hüseyn oğlu Əliyev, digərləri isə Britaniya və Almaniya vətəndaşlarıdır. 

Criminal.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]