İqtisadiyyat

Kommunal xidmətlər bahalaşa bilər, çünki...

3-02-2016, 00:35

Ekspertlər tərəddüddə, hökumət qərarını təxirə də sala bilər...

Ölkədə kommunal xidmətlər bahalaşa bilər. Ekspertlər bildirirlər ki, bu, həm dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Həmçinin, özəlləşdirmə barədə fikirlər ortaya çxıdıqdan sonra bu məsələ aktuallaşıb. Bildirilir ki, ölkədə narazılığın nisbətən səngiməsi və etiraz aksiyalarının ardının gəlməməsi səbəbindən hökumət bahalaşma qərarı verə bilər.

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ehtimal olunan özəlləşdirmə proqramı böyük ehtimalla xidmət sektorunu əhatə edəcək. Bu, baş verərsə, böyük ehtimalla müəyyən istiqamətlərdə qiymət artımları müşahidə olunacaq.

Çünki hazırda bu kimi sahələr daha çox subsidiyalar hesabına, dövlətin maliyyə dəstəyi hesabına fəaliyyət göstərir. Lakin özəlləşdirildikdən sonra rentabelliyinin təmin edilməsi məqsədilə böyük ehtimalla qiymət artımları baş verə bilər bu xidmətlərdə. Təbii ki, bu özəlləşdirməeyni zamanda xidmətin keyfiyyətininyüksəldilməsi, busferada rahatlığın təmin edilməsinə yol açacaq. Amma eyni zamanda, qiymətlərin artımına da səbəb ola bilər.

Digər məqam ondanibarətdir ki, hazırdabu istiqamətdə investorlarqarşısında duran əsas problemlərdən biri məhz Tarif Şurası tərəfindən təsdiq olunmuş tariflərin əslində real bazar qiymətlərinə uyğun olmaması hesab olunur. Hesab edirlər ki, xidmət sektorunda, məsələn, «Azərsu»yun, «Azərişıq»ın xidmətlərinəgörə qiymətlər daha ucuz olduğu üçün bu istiqamətlərdə maraqları, onları özəlləşdirmə prosesinə təşviq etmə kifayət qədər zəifdir.

Buna görə də ola bilsin ki, ilkin dövrlərdə prosesin təşviqi məqsədi ilə dövlət hansısa qiymət artımına getsin. Eyni zamanda, burada dövlət büdcəsində gəlir mənbələrindənyaranan riskləri də nəzərə almaq lazımdır. Belə ki, neftin qiymətinin ucuzlaşması, artıq 2016-cı il üçün hazırlanan yeni büdcə layihəsində neftin qiymətinin 25 dollardan hesablanması dövlət büdcəsinin gəlir istiqamətlərində öz təsirini göstərəcək. Bu, neft sektorundan daxil olan gəlirlərə təsir göstərəcək. Digər bir tərəfdən, devalvasiyadan sonra büdcəsinin sosial yükünü azaltmaq məqsədilə bu istiqmaətdəxərclərin artırılması gözlənilir.

Ola bilsinki, növbəti dövrdə bu sahədə büdcə gəlirlərini müəyyən qədər artırmaq məqsədi ilə sosial xidmətlərin tariflərinin artırılması qərarı verilsin. Eyni zamanda, burada müəyyən məqamlara da diqqət etmək lazımdır ki, hansı xidmətlərdə tariflər daha çox beynəlxalq razılıqlar əsasında həyata keçirilir. Bununla da bağlı artıq müəyyən addımlar atılır. Düşünürəm ki, bəzi xidmətlər sahəsində, xüsusilə də rabitə xidmətləri sahəsində, poçtxidmətləri sahəsində tariflərin artımı baş verib milli valtyuta ilə ifadədə. Bundan sonrakı dövrdə ola bilsin ki, proses digər sferaları da əhatə etsin».

Ekspert Azər Mehdiyev də kommunal sahədə özəlləşdirmənin mövcud qiymətlərə necə təsir göstərəcəyinə dair fikir bildirib. Onun sözlərinə görə, kommunal xidmətlər göstərən iri dövlət müəssisələri, elektrik, qaz, su, istilik və başqa enerji növlərinin paylanma şəbəkələri və sair tam deyil, qismən özəlləşdirildiriləcək. Yəni bu qurumların öz sahələri üzrə təcrübəli və tanınmış investorlara uzunmüddətli idarəetməyə verilməsi təmin edilir: «Bu, dünyada geniş yayılmış və səmərəliliyi təsdiqini tapmış bir mexanizmdir.

Sahədə böyük təcrübəsi olan ciddi investorların uzunmüddətli idarəetməsinə verilməsi kommunal sferaya dövlətlərdən çox investorların vəsait qoyması demək olacaq. Bununla, bir tərəfdən, dövlət həmin sahələrə əlavə vəsait qoyuluşundan qurtulacaq, digər tərəfdən isə bu qurumların fəaliyyətində şəffaflıq və hesabatlılıq yaradacaq. Həmin strukturların fəaliyyətinə çəkilən xərclərin şişirdilməsinin qarşısını almaqla xərclərin kəskin azalmasına gətirib çıxaracaq. Xüsusilə, bu sahələrə müasir menecment gələcək.

Bu halda investorun qiymətləri qaldırmasına tam şəffaflıq və hesabatlılıq yaradılana, xərclər optimallaşdırılana qədər məhdudiyyətlər qoyulur».Ekspert hesab edir ki, qiymət artımı yalnız gələcəkdə real xərclərin səviyyəsi dəqiqləşdiriləndən sonra dövlətlə razılaşdırılaraq həyata keçirilir: «Vaxtilə «Bakıelektrikşəbəkə»nin «Barmek»in uzunmüddətli idarə edilməsinəverilməsini xatırlayın. «Barmek» az müddət ərzində həmin quruma çox mütərəqqi menecment üsulları da gətirmişdi. Kommunal sektora biznes yanaşmasının və keyfiyyətinin gətirilməsindən çəkinmək lazım deyil. İndiki durum dövlət vəsaitlərini dağıdanlara sərf edir».

Qeyd edək ki, hələlik kommunal xidmətlərin qiymətindəartım baş verməyib. Ekspert Samir Əliyevin sözlərinə görə, buna zəmin yoxdur: «Məsələn, elektrik xaricdən idxal olunmur. Daxildə istehsal olunur. Onun da xammalı sudur. Elektrikin qiymətinin qalxmasına ehtiyac yoxdur. Yanacaq da Azərbaycanda istehsal olunur. Xərclərin smetası ictimaiyyət üçün açıq olmadığından, səslənən rəqəmlərin reallığa uyğun olmasını şübhə ilə qarşılayıram. Hər bir halda, qiymət qalxmamalıdır.

Heç olmasa, indiki səviyyədə saxlanılmalıdır. Əslində, 2016-cı ilin büdcə sənədində kommunal sektorda qiymətlərin artırılacağına eyham var idi. Büdcə sənədində qiymətin qalxmasına eyham, işarə var. Amma artıq bunun edilib-edilməyəcəyi bir az sual doğurur. Ona görə ki, devalvasiya nəticəsində çox sahələrdə qiymətlər qalxıb və xalqın dolanışığı çətinləşib. Kommunal sektorda da qiymətlərin qalxması əhalinin sosial vəziyyətinin həddindən artıq pisləməsinə gətirib çıxara bilər. Ümid edirəm ki, kommunal sektorda qiymət artımına gedilməz. Doğrudur, büdcədən bu sahəyə subsidiyalar azalacaq, amma baş verən bu qədər qiymət artımı fonunda hökumətin bu sahədə bahalaşmanı təxirə salması gözləniləndir».

Administratorla əlaqə

077 611-55-22

[email protected]