İqtisadiyyat

Ermənistandan Bakıya qoyun gətirilir

22-06-2017, 13:55
Bu günlər də aydın oldu ki, Azərbaycandan Ermənistana bir neçə çeşiddə ərzaq məhsulları aparılır. Bu xəbər Ermənistanda ciddi narazılıqlarla qarşılandı. Çünki, söhbət ərzaq təhlükəsizliyindən gedir və hər bir dövlət bunda maraqlıdır. Amma bu günlər də eyni olay deyəsən Bakıda da yaşanacaq. 10may.az saytına daxil olan məlumata görə Gürcüstan vasitəsi ilə Azərbaycana gətirilən mal-qaranın böyük bir hissəsi əslində Ermənistandan gətirilib. Yerli qəssabların dediyinə görə bunu yaxın günlər də başa düşüblər. Belə ki, gətirilən heyvanların qulaqlarında bir yox iki “birka” olub. “Birka”lardan birinin üzərində gürcü, digərində isə erməni dilində nələrsə yazılıb. Bildirilir ki, belə heyvanlar əsasən Yasamal ərazisində kəsilərək satışa çıxarılır. Buna görə hesab edilir ki, heyvan alan zaman ilk növbə də onların qulağındakı “birka”lara baxmaq vacibdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]