Xeberman.com
İqtisadiyyat

Məmurların 4 bankı reanimasiyada: Ölkədə bank qalmır... - Gəlişmə/Siyahı

19-06-2017, 03:24
“Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “Bank VTB Azərbaycan” iqtisadi reanimasiyaya yerləşdirilib

Bu barədə Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumatda qeyd olunub. Bu dörd bank da bağlanma təhlükəsi ilə üzləşib.

Beynəlxalq investor xidməti Moody’s Azərbaycanın bu dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib.

Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu bildirir.

Bank sektorunda uzun müddətdir hökm sürən əlverişsiz şərait və milli valyutanın devalvasiyasının neqativ təsirləri, o cümlədən aktivlərin keyfiyyətinin xeyli pisləşməsi, qaytarılmayan kreditlərə görə yaranan ziyan və digər amillər bu bankların göstəricilərini pisləşdirib.

“Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “Bank VTB Azərbaycan” birlə.mə ya da lisenziyasının ləğv olunması problemini yaşaya bilər.

Ölkədə 15-ə yaxın bank bağlanıb. Bu gedişlə bir bank da qalmayacaq və vahid bank sistemin keçiləcək. İqtisadi şərait və devalvasiya bankları bir-bir çökdürür.

Onu da deyək ki, Azərbaycanda aktivlərinin həcminə görə 4-cü böyük bank olan “Xalq Bank” ASC “çox yüksək riskli” bank elan edilib. Agentliyə görə, “Xalq Bank”ın aktivləri və gəlirliliyi təzyiq altındadır.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumatda bildirilir ki, 5 bankın "watch list”də olması daha 5 bankın bağlanacağı anlamına gəlir.

Azərbaycan Sənaye Bankı, “Rabitəbank”, “Muğanbank”, “Accses bank”, “Ekspress bank”, “Unibank” da ciddi problemlərlə üzləşiblər. Ümumiyyətlə, devalvasiya bir çox bankların kapitalını zədələyib.

Manatın qısa zamanda 2 dəfə kəskin devalvasiyaya uğraması əhalinin vəziyyətinin ağırlaşmasıyla yanaşı bankları da çətin hala saldı. Nəzərə alsaq ki, 2016-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən 13 bank bağlandı.

Ancaq onlardan yalnız “PARABANK” öz fəaliyyətini bərpa edərək Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi yenidən bazara qayıtdı. Digər bağlanan banklar isə qanunun tələblərinə cavab vermədikləri üçün fəaliyyətini bərpa edə bilmədi.

Bununla belə, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir, amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir.

Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır. Bu baxmdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var.

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...