İqtisadiyyat

Şahin Mustafayev vətəndaşları qəbul etdi (FOTO)

20-05-2017, 16:40

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə,Mayın 20-də İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb. Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisəsinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların, heyvandarlıq, meyvəçilik, üzümçülük, turizm və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Ümumiyyətlə, indiyədək keçirilmiş vətəndaş qəbullarında mürciət edən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 100 mln. manatdan çox güzəştli kredit ayrılıb. Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya və yaradılan şəraitə şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.




Administratorla əlaqə

077 611-55-22

[email protected]