İqtisadiyyat

Qeydiyyatdan keçmiş MMMC-lərin sayı 43-ə çatıb - NAZİRLİK

9-05-2017, 10:38

Özəl mənzil fondunun idarə olunmasında vətəndaşların fəallığı artıb.

İqtisadiyyat Nazirliyindən Xeberman.com verilən məlumata görə, paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Nizami rayonları üzrə daha 5 yeni mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bununla da, qeydiyyatdan keçmiş MMMC-lərin sayı 43-ə çatıb.

Nazirlik tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. Belə ki, mütəmadi olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]