İqtisadiyyat

Erməniylə biznes quran şəxsin qardaşı Cavid Qurbanovun işçisi çıxdı - MTN işi

22-04-2017, 00:02
Erməniylə biznes quran şəxsin qardaşı Cavid Qurbanovun işçisi çıxdı - MTN işiMilli Təhlükəsizlik Nazirliyindəki bandanın işi üzrə məhkəmədə qandonduran faktlar açıqlanır

İş adamı Elman Muradovun üçüncü ölkədə ermənilərlə işbirliyi qurması barədə məhkəmədə şahid ifadələri yeni məqamların üstünün açılmasına səbəb olub.

Məlum olub ki, E.Muradovun qardaşı Elyar Muradov 9 mart 2004-cü ildən indiyədək Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun işçisi olan E.Muradovun qardaşının isə ermənilərlə biznes əlaqələrinin olması MTN tərəfindən təsbit edilib.
Məhkəmədə bildirilib ki, sahibkar 100 min manat rüşvət verməklə bu işin ört-basdır edilməsinə nail olub.

Ən dəhşətlisi budur ki, Azərbaycana xəyanət etmiş, erməniylə iş qurmuş biznesmenin cinayətinə MTN qruplaşması rüşvətlə şərik olaraq göz yumur, qardaşı isə C.Qurbanovun rəhbəri olduğu idarədə hələ də vəzifə tutur.

Eldar Mahmudov Ermənistanla işləyən iş adamından 100 min almaqla fəaliyyətinə davam deyir, qardaşının ermənilərlə işbirliyi olan şəxs isə prezidenti müşayiət edir, vəzifə tutur və indiyə qədər işində saxlanır.

Belə ki, Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ulus.Az-ın verdiyi məlumata görə, Azərbaycanda “Araz-Plast”, Türkiyədə isə “Elbor” şirkətlərinin sahibi E.Muradov Ermənistanda yaşayan iş adamı ilə əlaqələrdə ittiham edildiyi üçün MTN-ə çağırılıb.

Zərərçəkmiş MTN işçilərinin onun şirkətinin seyfindən 80 min manat pulu götürdüklərini və onu bir neçə gün ərzində nazirlikdə saxladıqlarını iddia edib.

Daha sonra baxılan epizod üzrə təqsirləndirilən Zaur Məmmədov ifadə verdi. “Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm.

Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”, - təqsirləndirilən bildirib.

Ulus.Az yada salır ki, “Araz-Plast” və “Elbor” şirkətlərinin sahibi, zərərçəkmiş Elman Muradovla bağlı təqsirləndirilən Füzuli Əliyev geniş ifadə ilə çıxış edib.

“Elman Muradovla bağlı məsələ olduqca prinsipial məsələdir və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”, – deyən F.Əliyev ifadəsinə başlayıb.

“MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub.

Araşdırma nəticəsində məlum oldu ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur.

O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətində rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşayiət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir”.

MTN işçisi deyib: “Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur.

Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib.

Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətitirəm, burada pis nə var ki?

Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır. Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı.

Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub.

Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get, tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını çəkmə burda”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]