İqtisadiyyat

Banklardan gözlənilməz addım!

16-04-2017, 23:22
Türkiyədə fəaliyyət göstərən kommersiya bankları qəbul etdikləri əmanətlərin faiz dərəcəsini orta hesabla 11%-dən 13%-ə çatdırıb.
Xeberman.com report-a istinadən xəbər verir ki, buna səbəb ölkədə kreditləşmənin kəskin artmasıdır.

Hər ay təxminən 25 mlrd. lirə (təxminən 11,6 mlrd. manat) yeni kredit verən banklar martın əvvəlindən aprelin ortasına qədərki 1,5 ay ərzində 144 mlrd. lirə (təxminən 66,9 mln. manat) vəsaiti kreditləşməyə yönəldib. Bu isə kredit təşkilatlarının likvidliklə bağlı vəziyyətini çətinləşdirib. Maliyyə qurumları vəziyyətdən çıxış yolunu əmanət faizlərini artırmaqda görüblər.

Türkiyədə kredit qoyuluşunun kəskin artması bu ölkənin Kreditlərə Zəmanət Fondunun (KZF) büdcəsinin artırılması ilə bağlıdır. Yəni, dövlətin zəmanətinin gücləndirilməsi yerli bankları kreditləşmənin həcmini artırmağa sövq edib.

Qeyd edək ki, adıçəkilən Fondun zəmanəti ilə verilən kreditlərin faiz dərəcəsi 14-15%-dir. KZF-nin iştirakı olmadan isə kreditlər illik 18%-dən aşağı ayrılmır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]