İqtisadiyyat

Nazir Səlim Müslümov pensiyaların artımından danışdı

10-03-2017, 16:54
Nazir Səlim Müslümov pensiyaların artımından danışdı
Qeyd edim ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan oxşar araşdırma dünyanın əksər ölkələrində bu göstəricinin daha aşağı səviyyədə olduğunu göstərir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, bunu nazir Səlim Müslümov Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Nazir təkcə 2016-cı ildə pensiyaların orta aylıq məbləğinin ötən ilin əvvəlinə nisbətən 8,2% artdığını bildirib.

S.Müslümov qeyd edib ki, sığorta-pensiya sistemində növbəti islahatalara başlanılacaq:

“Hazırda sığorta-pensiya sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün növbəti islahatlara başlanması nəzərdə tutulur.

Bu islahatların əsas hədəfi pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsi, qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsidir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]