İqtisadiyyat

Manatla bağlı təzadlı gəlişmə...

15-02-2017, 15:25
Milli valyutanın bir neçə hərracda bahalaşması manatınyaxın gələcəkdə möhkəmlənəcəyi barədə ümid yaradır. Ancaq bununla belə, əksər ekspertlər bildirirlər ki,manatın bahalaşması davamlı deyil, tezliklə manat yenidən düşəcək. Üstəlik, manatın son hərraclarda inzibati yolla bahalaşdırılması gələcəkdə manata daha ciddi problem yarada bilər. Bir çox ekspertlər tezliklə devalvasiyanın olacağını da qaçılmaz hesab edirlər.

Qeyd edək ki, fevralın 14-də növbəti valyuta hərracı keçirilib və hərraca çıxarılan dolların hamısı alınıb. Dövlət Neft Fondu Mərkəzi Bankda keçirilən valyuta hərracına 35 milyon dollar məbləğində vəsait çıxarıb.hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. “Hərracda tələb 37 milyon dollar ətrafında olub”,- deyə mənbə APA-ya bildirib.Beləliklə, tələb təklifi təxminən 2 milyon dollar üstələyib.Qeyd edək ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi hərracda 0,3 faiz möhkəmlənib.Əlavə edək ki, AMB USD/AZN rəsmi məzənnəsini 14 fevral üçün 1,7301 səviyyəsində müəyyən edib.Üstəlik, Milli Məclisin son iclasında son günlər manatın ABŞ dollarına nisbətdə bahalaşması fonunda qiymətlərin düşməməsinə etiraz bildirilib. Deputat Əli Məsimli bildirib ki, dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur və başa düşülən deyil.Deputat qeyd edib ki, bu məsələdə işbazları və monopolistləri ifşa etmək lazımdır: “Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir”.Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dəyişiklik kiçik olub: “Dəyişiklik o qədər cüzi idi ki, alqı-atış qiymətlərinə təsir edəcək səviyyədə deyil. Sadəcə oyunundavamı kimi 1,7301-dən 1,7296-ya qədər saldılar. Ciddi bir məzənnə deyişikliyi deyil. Bazardakı məzənnəyəciddi təsir edəcəyini düşünmürəm. Sadəcə psixoloji amildir Bu. Əhalinin bir qismində “manat hələ də daha da bahalaşa bilər”,- gözləntisinin davam etməsi üçün atılmış addımdır. Çünki hərracın rəsmi nəticələrinə baxdıqda görürük ki, anormal bir situasiya yaranıb. Hərraca 35 milyon dollar vəsait çıxarılıb. Amma tələb 37 milyon dollar olub. Yəni təklif daha az idi, tələb daha çox olub. Amma məzənnə düşməyib, manat ucuzlaşmayıb, əksinə, bahalaşıb. Bu, iqtisadi nəzəriyyələri alt-üst edə biləcək bir yanaşmadır. Əgər tələb daha çox idisə, bu gün normalda məzənnə az da olsa, artmalı idi. Dolların məzənnəsi artmalı idi. Amma əks proses baş verirsə, deməli, inzibati qaydada müdaxilələrin davam etməsinə çalışırlar, inzibati qaydada məzənnənin formalaşmasını dolayısı ilə həyata keçirirlər. Dediyim kimi,bu, bir psixoloji basqı yaratmaq üçündür ki, bir müddət hələ də manatın bahalaşacağı ab-havasının cəmiyyətdə qalmasına xidmət edir”.
Ekspert Qubad İbadoğlu isə bildirib ki,Mərkəzi Bank bazarda makroiqtisadi sabitlik yarada bilməyəcək: “Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu açıqlamanı düz 2 ay bundan əvvəl 12 dekabr 2016-cı ildə mətbuata verib. Deyib ki, “bu gün bazarda tələb təklifi üstələyir: Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”. Hazırda baş verənlər onu göstərir ki, bazarda tələb təklifi deyil, əksinə təklif tələbi üstələyib və ona görə də manat sürətlə ucuzlaşıb. Deyə bilərsiniz ki, tələb və təklif dinamikdir. Hər gün dəyişə bilər. Amma nəzərə alın ki,mən ölkənin valyuta bazarından bəhs edirəm və bu bazarda təklifi formalaşdıran Dövlət Neft Fondu Mərkəzi Bankla məsləhətləşir, tələbi yaradan banklar isə Mərkəzi Banka hesabat verir. Belə olan halda görəsən növbəti 2 ayda bazarın konyukturasını, orda tələb və təklifin necə dəyişəcəyini proqnozlaşdıra, yaxın perspektivləri belə düzgün dəyərləndirə bilməyən Mərkəzi Bank ölkədə necə makroiqtisadi sabitlik yaradacaq? Təxminən 1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının rəhbərləri ilə görüş keçirib, valyuta satışında 4 faizlik marjanı ləğv etmək qərarını verdi. Valyuta mübadilə məntəqələrində son 1 ayın müşahidələri göstərir ki, bazarın tələbini və xarakterini nəzərə almayan AMB-nin bu qərarı da yanlış olub. Çünki bir çox banklar ondan sui-istifadə edərək xarici valyutaların alış və satış kursları arasındakı fərqi kəskin artırıblar. Hətta bəzi banklarda bu fərq 20 qəpiyə qədərdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]