İqtisadiyyat

«BİZƏ ƏN BÖYÜK ZƏRBƏNİ BANK SEKTORU VURDU» – İlham Əliyev

11-01-2017, 01:36
«BİZƏ ƏN BÖYÜK ZƏRBƏNİ BANK SEKTORU VURDU» – İlham Əliyev

 

Xeberman.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb:

"Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]