İqtisadiyyat

Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri

5-01-2017, 15:42
Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələriAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb.
 
Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4967 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,4%-lik artım baş verib.
 
Gürcüstan larisinin məzənnəsi də 1,5% zəifləyərək 0,6564 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]