İqtisadiyyat

Manat funt və lariyə qarşı bahalaşıb

22-12-2016, 22:33
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7575 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,24% möhkəmlənərək 1,8344 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sabit qalaraq 0,0287 manat təşkil edib.
 
Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,5004 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1723 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,16%-lik azalma baş verib.
 
Gürcüstan larisinin məzənnəsi də 0,21% geriləyərək 0,6248 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]