İqtisadiyyat

Manat rubl və lariyə qarşı da zəifləyir - Rəsmi məzənnə

13-12-2016, 13:43
Manat rubl və lariyə qarşı da zəifləyir - Rəsmi məzənnəAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% zəifləyərək 1,8535 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 2,1% bahalaşaraq 0,0286 manata çatıb.
 
Türkiyə lirəsinin məzənnəsi 0,95% möhkəmlənərək 0,5014 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2090 manatdır. Beləliklə, funt sterlinqin 0,70%-lik bahalaşması baş verib.
 
Gürcüstan larisinin məzənnəsi isə 1,60% ucuzlaşaraq 0,6615 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]