İqtisadiyyat

Dollar bahalaşmağa davam edir - bu günün rəsmi məzənnəsi

9-12-2016, 12:47
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,35% artaraq 1,7430 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,22% zəifləyərək 1,8487 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,36% bahalaşaraq 0,0275 manata çatıb.
 
Türkiyə lirəsinin məzənnəsi 1,66% zəifləyərək 0,5050 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1929 manatdır. Beləliklə, funt sterlinqin 0,2%-lik azalması baş verib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,24% ucuzlaşaraq 0,6756 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]