İqtisadiyyat

Tarif Şurası qiymətləri niyə qaldırdı? — SƏBƏB

30-11-2016, 00:41
Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artımın olmasına yol aça bilərmi?

Baş verən bahalaşma ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Ölkə.Az-a danışıb:

"Bu qiymət artımı nəinki istehlakçıların, həmçinin istehsal müəssələrinin xərcələrini artıracaq. Onların xərcləri artsa, təbii ki, onlar da istehsal etdikləri məhsulun, xidmətlərin qiymətlərində artıma gedəcəklər. Bu da bütövlükdə qiymət artımına səbəb olacaq.

Ümumən isə Tarif Şurasının bu qərarı gözlənilən idi. Çünki milli valyutamızın dəyərdən düşməsi bu prosesi qaçılmaz edir. Dövlət Statistika Komitəsinin veridiyi rəsmi məlumata görə 10 ay ərzində infilyasiya 11,6% təşkil edir. Bu da öz növbəsində önümüzdəki il Azərbacanda infliyasiya faizinin daha yüksək olacağını ehtiva edir. Təbiidir ki, nəticə olaraq bu qiymət artımına gətirib çıxaracaq".

Hökümətin qiymət artımına getməsinin səbəbinə də toxunan iqtisadçı ekspert bu artımı büdcədə vəsaitin çatışmaması ilə əlaqələndirib:

"Neft gəlirlərimiz azalıb, ancaq dövlətin xərcləri azalmayıb. Ölkəmizin daxili istehsalı, qeyri-neft sektoru hələ tam olaraq inkişaf etməyib. Buna görə də, ölkənin gəlirinin azaldığı, xərcələrinin isə eyni səviyyədə qaldığı halda dövlət əlavə gəlir yeri axtarır. Bu gəlir yerlərindən biri də qazın, suyun, işığın qiymətinin qaldırılmasıdır”.
Əkrəm Həsənov dövlətin müəyyən sahələrdə qiyməti sabit saxlamağa çalışacağını da vurğulayıb:

"Bəzi sahələr var ki, dövlət orada qiymətləri sabit saxlamağa çalışır. Faktiki olaraq zərələ işləyən müəssələrin kəsiri dövlət tərəfindən qarşılanır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]