İqtisadiyyat

Banklar dollar satışını kütləvi şəkildə dayandırır

19-11-2016, 00:59

Azərbaycanda dolları satışını daynadıran bankların sayı artmaqdadır. Fins.az-ın məlumatına görə, bu gün dollar satışın dayandıran bankların sırasına yeni banklar əlavə eilib.  Belə ki, «Accesbank» da bu gündən etibarən dollar və avro satmağı dayandırıb. «Bank Avrasiya»dan isə bildirilib ki, bankın bu gün dollar satıb satmayacağı məlum deyil.

Xatırladaq ki, dünən dollar satmayan bankların siyahısı belə idi. Böyük ehtimalla onlar bu gün də dollar satışını bərpa etməyəcək:

"Günaybank”,

"Naxçıvanbank”

Azərbaycan Beynəlxalq Bankı

"Amrahbank”

"Bank of Baku”

Pakistan Milli Bankının Bakı filialı

Azərbaycan Sənaye Bankı

İran Milli Bankının Bakı filialı

Azər-Türk Bank

Ziraat Bank

"Kapital Bank”

"VTB Bank”

"Paşabank”

Unibank

AGBank

Bank Silk Vey

BTB bank

Administratorla əlaqə

077 611-55-22

[email protected]