İqtisadiyyat

Manat xarici valyutalara qarşı bahalaşıb - RƏSMİ MƏZƏNNƏ

17-11-2016, 17:10
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7039 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,42% zəifləyərək 1,8225 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,75% ucuzlaşaraq 0,0264 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,95% azalaraq 0,5131 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1188 manatdır. Beləliklə, funt sterlinq 0,21%-lik azalma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,1% ucuzlaşaraq  0,6857 manat olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]